“Yaya qədər gözləməyəcəm” – “Bayern”in futbolçusu

“Bayern”in yarımmüdafiəçisi Coşua Kimmix yeni müqavilə ilə bağlı danışıqları təxirə salmaq niyyətində deyil.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bununla bağlı qışda qərar verəcəyini söyləyib:

“Yaya qədər gözləməyəcəm. Qışda düzgün qərar vermək üçün oturub bütün mənzərəni dəyərləndirməyə çalışacam”.

29 yaşlı futbolçunun müqaviləsi cari mövsümün sonunda başa çatır. Münhen klubu yarımmüdafiəçini komandada saxlamaq istəyir, lakin tərəflər gələcək əməkdaşlığın şərtləri ilə bağlı razılığa gəlməyiblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button