Yusufun “Barselona” karyerası erkən bitə bilər
Yay transfer pəncərəsi dövründə Avstriyanın “Rapid” klubundan icarə əsasında “Barselona”ya keçən Yusuf Dəmirin Kataloniya təmsilçisindəki karyerası erkən bitə bilər.
Komanda.az xəbər verir ki, türk əsilli avstriyalı futbolçu komandanın baş məşqçisi Ronald Kumanın planlarında yer almır. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Bu mövsüm 5 oyuna çıxan Yusufun oyunu Kumanı məmnun etməyib. Niderlandlı mütəxəssis artıq 18 yaşlı yarımmüdafiəçiyə şans vermək niyyətində deyil.
Yusufun “Barselona” ilə icarə müqaviləsi 2022-ci ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin