Yay Paralimpiya Oyunlarına növbəti lisenziya

Azərbaycanın daha bir atleti Paris Yay Paralimpiya Oyunlarında iştirak edəcək.

Komanda.az Milli Paralimpiya Komitəsinin (MPK) mətbuat xidmətinə istinadən xəbər verir ki, paraatlet Rüfət Rəfiyev Paris-2024-də mübarizə aparacaq.

Yüksək idman nəticələri nəzərə alınaraq Dünya Atletika Federasiyası tərəfindən ona lisenziya verilib.

Bu, idmançının iştirak edəcəyi ikinci Paralimpiya Oyunları olacaq. Rəfiyev Rio-2016 Paralimpiadasında debüt edib.

“İkinci dəfə Paralimpiadada iştirak edəcəyəm. Bu hissləri yenidən yaşamaq çox xoşdur”.

Bu sözləri Paris-2024-ə lisenziya qazanan paraatlet Rüfət Rəfiyev söyləyib.

O, indi daha təcrübəli olduğunu deyib:

“Rio-2016-da debüt etmişdim. İndi daha təcrübəli idmançıyam. Məqsədim yaxşı nəticə qazanmaqdır. Məşqlərimi tam sürətlə davam etdirirəm. Vətənimi layiqincə təmsil etməyə çalışacağam”.

Paris Yay Paralimpiya Oyunları avqustun 28-də start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button