Yay olimpiya oyunlarına ilk lisenziya
Azərbaycan millisi 2020-ci ildə Tokioda keçiriləcək 32-ci yay olimpiya oyunlarına ilk lisenziyanı qazanıb.
Komanda.az xəbər verir ki, atletikanın çəkicatma növündə çıxış edən Anna Skidan Çinin Nanjinq şəhərində keçirilən “IAAF World Challange Nanjing 2019” turnirində 72.92 m nəticə göstərərək 5-ci yeri tutub.
Skidan bu nəticəylə tələb olunan 72,50 m-lik normanı keçib və yay olimpiya oyunlarına vəsiqə qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin