Yaxşı təklif gözləyir – İstefaya göndərilən məşqçi
“Strasburq”un keçmiş baş məşqçisi Jülyen Stefan “Monako”nu çalışdıra bilər.
Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, o, yaxşı layihə ilə bağlı təklif gözlədiyini diqqətə çatdırıb:
“Mövsümün gedişatında işdən azad ediləndə bir neçə həftə çox çətin keçir. Öncə bunu həzm etmək lazımdır. Daha sonra hər şeyi təhlil etməli, hesablamalı və irəliyə baxmalısan.
İki-üç aydır ki, yeni başlanğıc üçün özümü hazır hiss edirəm. Yaxşı layihə ilə bağlı təklifin gəlməsini gözləyirəm. “Monako”nu çalışdırmaq? Əlbəttə, bu klub məni ciddi şəkildə maraqlandırır”.
“Strasburq” Stefanı 2023-cü ilin yanvarında istefaya göndərib. Buna səbəb onun başçılığı altında komandanın 3 ay ərzində rəsmi oyunlarda qalib gələ bilməməsi olub.
“Monako” baş məşqçisi Filipp Klemanı iyunun 4-də istefaya göndərib. İstefaya komandanın uğursuz çıxışı səbəb olub. “Monako” Liqa 1-də 6-cı yeri tutaraq, avrokuboklara vəsiqə qazana bilməyib.
Bizi Facebook-da izləyin