
ÇL: “Müasir futbolda müdafiə uğurun açarına çevrilib”
“Mançester Siti”nin yarımmüdafiəçisi Rodri Hernandes UEFA Çempionlar Liqasının 1/4 finalının “Bayern”lə ilk qarşılaşmasını (3:0) dəyərləndirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, müdafiədə yaxşı oynadıqlarını deyib:
“Yaxşı oynadıq və əla nəticə əldə etdik. Məncə, müasir futbolda müdafiə uğurun açarına çevrilib. Biz də müdafiədə yaxşı oynadıq. Bu turnirdə vurduğum ilk qol mənim üçün xüsusi əhəmiyyətə malikdir”.
“Bayern” – “Mançester Siti” cütünün cavab qarşılaşması Almaniyada baş tutacaq. Oyun aprelin 19-da keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin