“Yaxşı oynadıq və layiq olduğumuz qələbəni qazandıq”
21 yaşadək futbolçulardan ibarət Gürcüstan yığmasının baş məşqçisi Georgi Tsetsadze Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərabycan milli komandasına qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, gürcü mütəxəssis Bakıda 3:0 hesabıyla qalib gəldikləri qarşılaşmadan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Yaxşı oynadıq və layiq olduğumuz qələbəni qazandıq. Birinci hissənin sonunda qol vurmağımız fasilyə yüksək əhval-ruhiyyədə yollanmağımıza şərait yaratdı. Həm buna qədər, həm də sonrakı dəqiqlərdə qol epizodlarımız oldu. Onu hansı dəqiqədə reallaşdırmağın fərqi yoxdu, vacib olan bunu bacarmaq və qələbə qazanmaqdır Rəqib meydanda azlıqda qaldıqdan sonra üstünlüyümüzü artırdıq. Azərbaycan millisi yaxşı komandadı. Sadəcə, onlar 4 gün əvvəl məğlub etdikləri güclü Slovakiya ilə oyundan sonra yorğun idilər”.
Bizi Facebook-da izləyin