“Yaxşı oynadıq, amma çox asan qol buraxdıq”

“Fiorentina”nın müdafiəçisi Nikola Milenkoviç Avropa Konfrans Liqasının “Vest Hem”lə matçını (1:2) şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, asan qol buraxdıqlarını bildirib:

“Bu cür məğlub olmaq çətindir. Yaxşı oynadıq, amma çox asan qol buraxdıq. Komanda qələbə üçün hər şey etdi. Daha diqqətli olmalıydıq. Finalda istənilən səhv hər şeyi dəyişir”.

İtaliya klubu tarixində dördüncü dəfədir ki, avrokubokların həlledici qarşılaşmasında məğlub olur. Onlar sonuncu dəfə 1961-ci ildə, Kuboklar Kubokunun finalında qalib gəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button