“Yaxşı oyun oldu” – “Liverpul”un futbolçusu
“Liverpul”un futbolçusu Endryu Robertson İngiltərə liqa kubokunun 1/8 final mərhələsinin “Mançester Siti” ilə oyunu (2:3) haqda danışıb.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, o, görüşün nəticəsindən məyus olduğunu dilə gətirib:
“Şanslı məqamlar oldu. İmkanlar yaratdıq. Bəzən topla yaxşı oynayırdıq. Amma səhvlər də oldu. Kubokda mübarizə aparmaq istəyirdik. Ötən mövsüm çempionluğun bizə nə qədər sevinc gətirdiyini bilirik. Nəticə etibarı ilə bu, məyusedici olsa da, matçın icmalına nəzər saldıqda, səhvlərdən nəticə çıxarmalıyıq. Yaxşı matç oldu. Biz həmişə bir-birimizə qarşı oyunumuzu daha da təkmilləşdiririk”.
“Lester”, “Nyukasl”, “Sauthempton”, “Vulverhempton”, “Nottingem Forest”, “Çarlton” və “Mançester Yunayted” də İngiltərə liqa kubokunun 1/4 finalına yüksəliblər.
Bizi Facebook-da izləyin