“Yaxşı məşq edən oyunçunun haqqını yemək olmaz” – Mutu

“Neftçi”nin baş məşqçisi Adrian Mutu Azərbaycan Premyer Liqasının 11-ci turunda doğma meydanda “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, rumıniyalı mütəxəssis 0:1 hesabı ilə məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Gözəl oyun idi, hər iki komanda mübarizə aparırdı və qələbə qazanmaq istəyirdi. Bəxt və şans rəqib tərəfdə idi.

İlk “11-lik”də başlayan futbolçular tapşırıqları yaxşı yerinə yetirdi. Rəqibi öndə sıxmağın öhdəsindən gələ bilirdilər.

Fərdi səhvlər komandanı arxaya çəkilməyə vadar edirdi. İkinci hissədə hər iki komanda bir-birinə qarşı amansız mübarizə aparırdı. Qələbə qazanmaq istəyi sona qədər var idi. Çünki, heç-heçə ilə razılaşmaq istəmirdik. Bu, futboldur, belə hallar baş verir. Rəqib son saniyələrdə qol vurub qələbə qazandı. Bu gün bəxt “Sabah”ın tərəfində idi.

Əlimdə 20 oyunçu var. Start heyəti müəyyənləşdirmək üçün həftə ərzində oyunçulara baxıram. Kim yaxşı formadadırsa, onu meydana buraxıram. Yaxşı məşq edən oyunçunu meydana buraxmaq lazımdır, onların haqqını yemək olmaz”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button