
“Yaxşı komanda ilə qarşılaşacağıq” – “Qarabağ”ın müdafiəçisi
“Qarabağ” mayın 31-də Azərbaycan kubokunun finalında “Sabah”la qarşılaşacaq.
Komanda.az xəbər verir ki, oyundan iki gün əvvəl “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Konfransa ağdamlıların müdafiəçisi Bəhlul Mustafazadə də qatılıb. O, yaxşı komanda ilə qarşılaşacaqlarını deyib:
“Dünənki bayram münasibəti ilə hər birinizi təbrik edirəm. Yaxşı komanda ilə qarşılaşacağıq. Fikirləşirəm ki, bizi çox maraqlı oyun gözləyir. Onlar üçün Avropa Liqasına getmək və titul baxımından vacib oyundur”.
“Qarabağ” – “Sabah” matçı mayın 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Oyunun start fiti saat 19:00-da səslənəcək.
Fəxri Rüstəmli
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin