
“Yaxşı futbol oynadıq” – Elvin Məmmədov
“Səbail” bu gün Azərbaycan Premyer Liqasının 31-ci turunda “Sabah”ın qonağı olub.
Komanda.az xəbər verir ki, 2:3 hesabı ilə məğlub olan Bakı təmsilçisinim baş məşqçisi Elvin Məmməmədovun oyundan sonra mətbuat konfransı keçirilib. Məmməmov oyuna tam ciddi hazırlaşdıqlarını bildirib:
“Oyuna tam ciddi hazırlaşmışdıq. Uşaqlar çox yaxşı mübarizə apardılar. İkinci hissədə yorğunluq baş verdi və rəqibin təzyiqi oldu. Layiqincə mübarizə apardıq. Yaxşı futbol oynadıq. “Sabah”ın futbolçuları fərdi olaraq keyfiyyətlidirlər. Rəqib daha çox üstümüzə gəldi. Konsentrasiya çatmadı”.
“Səbail növbəti turda səfərdə “Araz-Naxçıvan”la qarşılaşacaq.
Fəxri Rüstəmli
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



