“Yaxşı analiz aparıb, bu oyunda da yaxşı oynadıq” – “Dinamo”nun baş məşqçisi

“Dinamo” (Zaqreb) bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında “Qarabağ”ın qonağı olub.

Komanda.az xəbər verir ki, oyundan sonra 2:0 hesabı ilə qailb gələn Xorvatiya klubunun baş məşqçisi Sergey Yakiroviçin mətbuat konfransı keçirilib. Bosniyalı çalışdırıcı ötən oyundan sonra yaxşı analiz aparıb, bu matçda da yaxşı oynadıqlarını bildirib:

“Komandamı təbrik edirəm. Ötən oyundan sonra yaxşı analiz aparıb, bu oyunda da yaxşı oynadıq. İlk növbədə oyunçularıma təşəkür edirəm, düzgün oyun apardıqlarına görə”.

“Dinamo” (Zaqreb) – “Qarabağ” duelinin ilk qarşılaşmasında xorvatlar 3:0 hesablı qələbə qazanıblar. Ümumi hesabda 5:0 qalib gələn Zaqreb təmsilçisi mübarizəni Çempionlar Liqasının final mərhələsində davam etdirəcək.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button