Yaxın Şərqin ən yaxşı futbolçusu kim olacaq? – Ronaldonun rəqibləri bilindi

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo “Globe Soccer Awards” mükafatına görə Yaxın Şərqin ən yaxşı oyunçusu adı uğrunda mübarizə aparacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 39 yaşlı portuqaliyalı futbolçunun mükafat uğrunda rəqibləri aşağıdakı oyunçular olacaq:

Salem Əl-Davsari (“Əl Hilal”), Murad Batna (“Əl-Fateh”), Kaku (“Əl-Əyn”), Riyad Mahrez (“Əl-Əhli”), Sergey Milinkoviç-Saviç (“Əl-Hilal”) və Sufyan Rəhimi (“Əl-Əyn”).

Mükafat dekabrın 27-də, Dubayda keçiriləcək mərasimdə təqdim olunacaq.

Ronaldo ötən il Yaxın Şərqin ən yaxşı futbolçusu kimi tanınıb. O, 2023-cü ilin yanvarından Səudiyyə Ərəbistanı çempionatında çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button