“Yaxın gələcək özəl olacaq” – “Zirə”nin futbolçusu
“Zirə”nin hücumçusu Filipe Paxtman artıq zədəsini sağaldıb.
Komanda.az xəbər verir ki, bu haqda məlumatı braziliyalı futbolçu ölkəsinin mətbuatına açıqlamasında deyib. Paxtman 6 aylıq zədədən döndükdən sonra kollektivlə birgə məşqlərə qatıldığını söyləyib:
“Artıq tam sağalmışam, komanda yoldaşlarımla məşq edirəm. Düşünürəm ki, bəlkə iki-üç həftədən sonra oyunların heyətinə düşə bilərəm. Bu, mənim üçün böyük qələbə olar. Çünki zədə aldığım vaxtdan bəri Premyer Liqaya qayıtmaq üçün mübarizə aparıram.
Əminəm ki, yaxın gələcək gözəl olacaq. Komandama bütün hədəflərinə çatmaqda kömək edə biləcəyəm. Kifayət qədər gəncəm və hələ Avropa futbolunda çox yaxşı şeylər yaşayacam”.
Filipe zədə səbəbindən cari mövsümdə heç bir matçda iştirak etməyib.
Premyer Liqada sona 4 tur qalmış “Zirə” turnir cədvəlinin 3-cü pilləsində qərarlaşır.
Bizi Facebook-da izləyin