“Müqavilə imzalayan gündən “Roma”nın necə böyük klub olduğunu gördüm”

“Roma”nın hücumçusu Temmi Abraham Konfrans Liqasının yarımfinal mərhələsinin cavab oyununda “Lester” üzərində qazandıqları qələbəni (1:0) şərh edib.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Abraham, yaxşı komandaya sahib olduqlarını söyləyib:

“Roma”da oynayırsan, Romada yaşayırsan, bu klubla nəfəs alırsan. Müqavilə imzalayan gündən “Roma”nın necə böyük klub olduğunu gördüm. Amma komandanın qələbələri, finalları azdır. Biz yavaş-yavaş irəliləyişə nail olan və indi Premyer Liqa komandasını məğlub edən yaxşı komanda qura bilmişik”.

“Roma” iki oyunun nəticəsinə görə (ilk matç – 1:1) “Lester”i məğlub edərək, Konfrans Liqasının finalına vəsiqə qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button