“Yatmaq mənim üçün çox vacibdir” – Haland
“Mançester Siti”nin hücumçusu Erlinq Haland maraqlı açıqlama verib.
Komanda.az “GQ Sports”-a istinadən xəbər verir ki, o, yuxu rejimi haqda danışıb:
“Mən normal yatmadığım zaman çox narahat oluram. Yatmaq mənim üçün çox vacibdir. Məncə, yuxu mənim üçün həyatda ən vacib şeydir. Çox yatmaq lazım deyil, yaxşı yatmaq lazımdır”.
Norveçli gənc hücumçu bu mövsüm “şəhərlilər”in heyətində 21 qol vuraraq, İngiltərə Premyer Liqasının bombardirlik cədvəlinə başçılıq edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin