Yaşar Vahabzadə: “Nəyin alınıb-alınmadığını oyunlar göstərəcək”
“Kəpəz” Bakıda keçirdiyi 10 günlük təlim-məşq toplanışını başa vuraraq Gəncəyə qayıdıb.
Komanda.az xəbər verir ki, komandanın baş məşqçisi Yaşar Vahabzadə paytaxtdakı hazırlıqla bağlı klubun mətbuat xidmətinə açıqlama verib:
“Bakı toplanışını yaxşı dəyərləndirirəm. Vaxtın az olmasına baxmayaraq, uşaqlar çalışırdılar ki, verilən tapşırıqları lazımı qaydada yerinə yetirsinlər. Gündə iki məşq etdik. Qısa vaxtda iki yoxlama oyunu keçirdik. Çempionatla bağlı məşqlərə gec başladıq. Hər şey normaldı. Nəyin alınıb-alınmadığını oyunlar göstərəcək. Oyunçular deyilənləri layiqincə icra etməyə səy göstərirlər, çalışqanlıqlarına söz ola bilməz. Komandaya yeni futbolçular cəlb etmişik. Onlar boşluqları doldurmalıdılar. Yoldaşlıq görüşlərində pis təsir bağışlamalıdılar. Düzdü, hazırlıqları hələ ki, o səviyyədə deyil. Kollektivə gec qoşulublar. Müəyyən vaxt lazımdı. Fiziki cəhətdən artırmalıdılar. Yavaş-yavaş bunu da aradan qaldırmağa çalışacağıq”.
Bizi Facebook-da izləyin