Yaşar Vahabzadə istefaya göndərildi – RƏSMİ

“Kəpəz” baş məşqçisi Yaşar Vahabzadə ilə müqaviləyə xitam verib.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Yaşar Vahabzadə ilə yanaşı onun köməkçiləri də komandadan göndərilib.

Gəncə təmsilçisinin açıqlamasını təqdim edirik:

“Klubumuzun rəhbərliyi əsas komandanın baş məşqçisi Yaşar Vahabzadə ilə görüşüb. Görüşdə komandanın nəticələri təhlil olunub və qarşılıqlı razılıq əsasında Yaşar Vahabzadə, eləcə də məşqçilər korpusuna daxil olan məşqçilər ilə müqaviləyə xitam verilib”.

Yaşar Vahabzadə 2019-cu ildən “Kəpəz”i çalışdırırdı.

“Kəpəz” bu mövsüm Premyer Liqada keçirdiyi 4 oyunun hamısında uduzub və komanda sonuncu – 10-cu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button