“Qalatasaray” isveçrəli futbolçunun transferindən imtina edib

“Qalatasaray” “İnter”in qapıçısı Yan Sommerin transferindən imtina edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 36 yaşlı qolkiperin maaş tələbləri İstanbul klubunu geri çəkilməyə vadar edib.

“Qalatasaray” rəhbərliyi isveçrəli futbolçunun yaşı fonunda bu maliyyə şərtlərini qəbuledilməz hesab edir.

Sommer 2023-cü ildə “İnter”ə keçib. O, son mövsümdə bütün turnirlərdə 53 oyuna çıxıb və 22 matçda qapısını toxunulmaz saxlayıb. Onun “İnter”lə müqaviləsinin müddəti 2026-cı ilin ortalarına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button