Yarış ləğv edildi – Azərbaycanlı idmançılar geri qayıdır
Türkiyənin İstanbul şəhərində olan Azərbaycan millisinin taekvondoçuları yaxın zamanda paytaxt Bakıya qayıdacaqlar.
Bu barədə Komanda.az-a Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
İdmançılar açıq Türkiyə çempionatı ləğv edildiyi üçün geri dönəcəklər.
Azərbaycan yığması fevralın 4-də start götürən prezident kubokunda mübarizə aparıb, 58 kq çəki dərəcəsindəki Qaşım Maqomedov qızıl medal qazanıb.
Güclü zəlzələ səbəbindən yarış yarımçıq dayandırılıb. Komanda 10-14 fevralda açıq ölkə çempionatında çıxış etməli idi.
Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar bütün daxili idman tədbirləri təxirə salınıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin