Poqba əməliyyat olunacaq
“Mançester Yunayted” klubunun baş məşqçisi Ole-Qunnar Sulşer İngiltərə Premyer Liqasının 21-ci turu çərçivəsində “Arsenal”a 0:2 hesabı ilə məğlub olduqları oyundan sonra açıqlama verib.
Komanda.az klubun saytına istinadən xəbər verir ki, norveçli mütəxəssis, oyun və Pol Poqbanın vəziyyəti barədə danışıb:
“İki qələbədən sonra məğlub olduq. İki komanda arasında səviyyə fərqi vardı. “Arsenal” ilk hissədə bizdən daha yaxşı oyun göstərdi və bunun sayəsində qalib gəldi. Kifayət qədər sürətli ola bilmədik. Mikel Arteta “Arsenal”a təsir göstərə bilib. İkinci hissədə qalib gəlmək üçün çox çalışdıq, amma qol vura bilmədik.
Poqba hazırda zədəlidir və böyük ehtimalla, ayağından əməliyyat olunacaq. Onun sağalmasının nə qədər çəkəcəyi bundan sonra müəyyənləşəcək. Böyük ehtimalla, 3-4 həftə meydana çıxa bilməyəcək. Poqba mövsüm ərzində komanda ilə ola bilmədi. Yarımmüdafiə xəttində çətinliklərimiz var, amma bu çətinliyin öhdəsindən gəlməliyik”.
Bizi Facebook-da izləyin