“Yarımmüdafiədə oynaya bilərəm” – “Liverpul”un müdafiəçisi
“Liverpul”un müdafiəçisi Trent Aleksander-Arnold oyun mövqeyini dəyişməsindən danışıb.
Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, ingilis futbolçu yarımmüdafiədə oynaya biləcəyini bildirib:
“Yeniyetmə vaxtı yarımmüdafiəçi idim. Ona görə də, bu mövqedə oynamaq haqqında bir-iki şey bilirəm. Mənim bacarığım yəqin ki, yarımmüdafiədə oynamaq üçün ən uyğundur: oyunun tempinə nəzarət edə, şanslar yarada, ötürmələrlə rəqiblərin xətlərini qıra bilirəm və s. Deməli, düşünürəm ki, belə bacarıqlarla yarımmüdafiədə oynaya bilərəm”.
Arnold “Liverpul”un yetirməsidir. 25 yaşlı oyunçu bu mövsüm “qırmızılar”ın heyətində 10 oyun keçirib və 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin