“Yarımfinala keçə biləcəyik” – “Ayaks”ın futbolçusu

“Ayaks”ın qapıçısı Andre Onana Çempionlar Liqasının 1/4 finalında “Yuventus”la qarşılaşacaqları oyunla bağlı fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, UEFA-nın saytına açıqlama verən Onana, yarımfinala yüksələ biləcəklərini deyib:

“Yarımfinala keçə biləcəyimizə inanıram. Məşqlərdə nəyi çalışırıqsa, oyunda da onu edirik.

Mükəmməl dərəcədə yaxşıyıq. İstənilən penalti zərbəsini dəf etməyə hazıram. Mən buna hazır doğulmuşam.

Bizim üçün çox yaxşı mövsümdür, hələ heç nə bitməyib. Hər oyun nələrsə öyrənirəm”.

“Yuventus” – “Ayaks” matçı bu gün, saat 23:00-da start götürəcək. Komandalar arasında Hollandiyadakı ilk görüşdə qolu bərabərlik qeydə alınıb – 1:1.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button