
“Tottenhem”in baş məşqçisi: “Yarımfinala çıxmağa layiq idik”
“Tottenhem”in baş məşqçisi Angelos Postekoqlu Avropa Liqasının 1/4 final mərhələsinin “Ayntraxt”la cavab matçı (1:0) barədə danışıb.
Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, oyunçuları ilə fəxr etdiyini söyləyib:
“Oyunçularla fəxr edirəm, onlar əla iş gördülər. Lazım olanda yaxşı müdafiə olunduq. Düşünürəm ki, ümumi hesabda yarımfinala çıxmağa layiq idik. Uşaqlar bizim etdiklərimizə inanırlar və mən onlarla fəxr edirəm”.
Komandalar arasında ilk oyun heç-heçə (1:1) başa çatmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



