
Yarımfinal oyunlarının vaxtı açıqlandı
Futbol üzrə Almaniya kubokunun yarımfinal matçlarının təqvimi müəyyənləşib.
Komanda.az xəbər verir ki, finala vəsiqənin sahibləri iyunun 9-10-da müəyyənləşəcək.
Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb. İyunun 9-da “Saarbrüken” “Bayer”i qəbul edəcək. Növbəti gün isə “Ayntraxt” “Bavariya”nın qonağı olacaq.
Hər iki görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin