![](https://komanda.az/wp-content/uploads/2025/02/cfe1a2be-763c-3b4a-8fe1-e11bc8036d85_850-780x470.jpg)
Yarımfinal mərhələsinin ilk oyunları keçirilib
Minifutbol üzrə Azərbaycan çempionatında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.
Komanda.az xəbər verir ki, eyni gündə baş tutan matçlarda ilk olaraq “Zirə” “Aznur” kollektivinə 2:0 hesabı ilə qalib gəlib.
Ardınca isə “Birbaşa” “Qalaksi” komandasını 2:1 hesabı ilə üstələyib. Hər iki qarşılaşma Bakı Tennis Akademiyasında reallaşıb.
Tərəflər arasında cavab matçları 1 həftə sonra baş tutacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin