Yarımfinal mərhələsinə start verildi

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yarımfinal mərhələsinə start verilib.

Komanda.az xəbər verir ki, “Murov Az Terminal” “Neftçi”ni 3:0, “Azərreyl” isə “Xilasedici”ni eyni hesabla məğlub edərək seriyada önə keçib.

Hər iki görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində gerçəkləşib.

Yarımfinal mərhələsinin ikinci oyunları aprelin 18-də baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button