İnyestanın komanda yoldaşında koronavirus aşkarlandı

Yaponiyanın “Vissel Kobe” klubunun futbolçusu Qotoku Sakay koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda, 29 yaşlı futbolçunun koronavirus testinin müsbət çıxdığı bildirilib.

Sakay, Yaponiya 1-ci liqasında koronavirusa yoluxan ilk futbolçu olub.

“Vissel Kobe”də “Barselona”nın keçmiş futbolçusu Andres İnyesta da forma geyinir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button