Tokio-2020: Braziliya millisi Almaniya ilə bir qrupda
Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında futbol yarışlarının püşkü atılıb.
Komanda.az xəbər verir ki, bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb. Püşkatma nəticəsində İspaniya millisi Argentina, Braziliya yığması isə Almaniya ilə bir qrupa düşüb.
Tokio Yay Olimpiya Oyunları koronavirus pandemiyası ilə əlaqədar 2020-ci il 24 iyul-9 avqustdan bu il 23 iyul-8 avqusta təxirə salınıb.
A qrupu: Yaponiya, CAR, Meksika, Fransa
B qrupu: Yeni Zelandiya, Cənubi Koreya, Honduras, Rumıniya
C qrupu: Misir, İspaniya, Argentina, Avstraliya
D qrupu: Braziliya, Almaniya, Fil Dişi Sahili, Səudiyyə Ərəbistanı
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin