“Milan” 5 illik müqavilə təklif edəcək – Yapon futbolçuya

“Ayntraxt”ın (Frankfurt) yarımmüdafiəçisi Daiti Kamada karyerasını İtaliyada davam etdirə bilər.

Komanda.az “sport1.de”-yə istinadən xəbər verir ki, “Milan” yaponiyalı futbolçunu transfer etməkdə iddialıdır.

“Qırmızı-qaralar” Kamadaya beş illik müqavilə təklif edəcək. Onun “Ayntraxt”la müqaviləsi iyunun 30-da başa çatacaq. Futbolçu İtaliya klubuna azad agent kimi qoşulacaq.

Kamada cari mövsümdə Almaniya təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla 45 oyuna çıxıb, 16 qol vurub və 6 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button