Yaponiyalı ulduz futbolçu rəsmən “Beşiktaş”da
Türkiyənin “Beşiktaş” klubu heyətinə daha bir futbolçu cəlb edib.
Komanda.az xəbər verir ki, İstanbul təmsilçisi Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Şinji Kaqavanı heyətinə qatıb. Bu barədə “qara qartallar”ın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, 30 yaşlı yaponiyalı futbolçu mövsümün sonunadək icarəyə götürülüb. Ötən gün İstanbula gələn Kaqava tibbi yoxlanışdan keçdikdən sonra yarım illik icarə müqaviləsinə imza atıb.
Yaponiya yığmasında meydana çıxdığı 95 oyuna 31 qol vuran Kaqava, 2010-cu ildən “Borussiya”nın şərəfini qoruyur. O, 2012-2014-cü illər aralığında İngiltərənin “Mançester Yunayted” klubunda forma geyinsə də, 2014-cü ildə yenidən Almaniya təmsilçisinin sıralarına dönüb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin