Yaponiyalı kosmonavtdan Hondaya təbrik FOTO

Yaponiyalı kosmonavt Soiti Noquti həmyerlisi Keysuke Hondanı təbrik edib.

Komanda.az xəbər verir ki, 55 yaşlı astronavt və aviasiya mühəndisi “tvitter” hesabında Hondanı Azərbaycanın “Neftçi” klubuna keçməsi münasibəti ilə təbrik edib. Noquti Bakının kosmosdan görüntüsünü paylaşaraq, həmyerlisinə yeni ölkədə uğurlar arzulayıb. Honda Noqutinin təbrikini belə cavablandırıb:

“Kosmosdan xüsusi xəbər aldım. Sən bizim arzumuzsan. Yeri gəlmişkən, bəs Azərbaycan haradadır?”.

Keysuke Honda dünən “Neftçi” ilə müddəti mövsümün sonuna qədər olan müqavilə imzalayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button