Yaponiyalı futbolçu ABŞ klubuna keçdi
“Şalke”nin sabiq müdafiəçisi Maya Yoşida karyerasını ABŞ-da davam etdirəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Los Anceles Qalaksi” 34 yaşlı yaponiyalını transfer edib.
Yoşida karyerası ərzində İtaliyanın “Sampdoriya”, İngiltərənin “Sauthempton” kimi klublarında da çıxış edib.
Futbolçu 2010-2022-ci illərdə Yaponiya milli komandasının da formasını geyinib. O, DÇ-2022-də “samuraylar”ın heyətində kapitanlıq sarğısını daşıyıb.
Xatırladaq ki, Lionel Messi və Serxio Buskets də karyeralarını ABŞ-da davam etdirirlər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin