Yaponiyada daha bir futbolçuda koronavirus aşkarlandı
Yaponiyanın “Naqoya Qrampus” klubunun qapıçısı Mitçell Lanqerakda koronavirus aşkarlanıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə koronavirus testinin nəticəsi pozitiv çıxan qolkiperin xəstəxana rejimində karantinə alındğı diqqətə çatdırılıb.
Qeyd edək ki, Yaponiyada futbol qarşılaşmaları fevraldan bəri təxirə salınıb. Bu ölkədə çempionatın iyulun 4-dən etibarən bərpası nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin