
Yaponiya millisinin üzvü “Borussiya”da – Rəsmi
Yaponiya millisinin hücumçusu Suto Matino Münhenqladbax “Borussiya”sına transfer olunub.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, yaponiyalı futbolçu “Borussiya” ilə müddəti 2029-cu ilin yayına qədər olan müqavilə imzalayıb. Almaniyalılar onun üçün bonuslarla birlikdə 10 milyon avroya qədər məbləğ ödəyəcək.
25 yaşlı forvard ötən mövsüm “Holştayn Kil” klubunun heyətində çıxış edib.
Matino 2024/25 mövsümündə Bundesliqada 32 oyunda 11 qol vuraraq “Holştayn”ın ən məhsuldar oyunçusu olub. Ancaq komanda 17-ci yeri tutaraq 2-ci Bundesliqaya düşüb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin