Hondanın yeni klubu rəsmən açıqlandı

Yaponiya milli komandasının sabiq üzvü Keysuke Honda karyerasını Portuqaliyada davam etdirəcək.

Komanda.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi “Portimonense” klubu ilə müqavilə imzalayıb. Bu barədə Portuqaliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Honda mövsümün sonuna qədər “Portimonense”də çıxış edəcək.

“Portimonense” klubu Portuqaliya Premyer Liqasında 15-ci sıradadır.

98 dəfə Yaponiya millisinin formasını geyinən Honda, 2014-2017-ci illər aralığında “Milan”ın uğurları üçün çalışıb. Yarımmüdafiəçi son olaraq Braziliyanın “Botafoqo” klubunda çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button