Azərbaycan yığmasının üzvü koronavirusdan sağaldı
Yanvarın 16-da Belçikada koronavirusla bağlı test verən və nəticəsi şübhəli hesab edilən Azərbaycan millisinin üzvü Rafael Vilela dünən yenidən test verib.
Komanda.az Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, testin nəticəsi neqativ olub.
Hazırda Belçikada olan futzalçı tezliklə komandaya qoşulacaq. Testin nəticəsi pozitiv çıxan Eduardo Borqes isə bu gün təkrar test verəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin