Azərbaycan millisinin daha bir üzvü koronavirusdan sağaldı

Yanvarın 16-da Belçikada koronavirus testi müsbət nəticələnən futzal üzrə Azərbaycan millisinin üzvü Eduardo Borqes dünən növbəti dəfə test verib.

Komanda.az xəbər verir ki, testin nəticəsi neqativ olub və müdafiəçi bu gün Belçikadan Niderlanda gəlib, komandaya qosulub.

Bir gün əvvəl heyətə cəlb edilən Hadi Ahmadi də artıq millinin Qroningendəki düşərgəsindədir.

Dünən Azərbaycan millisinin digər üzvü Rafael Vilelanın koronavirus testinin nəticəsi neqativ çıxmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button