Yanvarın ən yaxşıları “Mançester Yunayted”dən oldu
İngiltərə Premyer Liqasında yanvar ayının ən yaxşı baş məşqçisi və futbolçusu məlum olub.
Komanda.az xəbər verir ki, hər iki nominasiyanın qalibi “Mançester Yunayted”lilər olub. Bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb.
Ötən ayın ən yaxşı baş məşqçisi “qırmızı şeytanlar”ın çalışdırıcısı Ole-Qunnar Sulşer, oyunçusu isə Markus Reşford olub.
“Mançester Yunayted” ötən ay Sulşerin rəhbərliyi ilə iştirak etdiyi 4 oyunda 3 qələbə qazanıb, 1 dəfə də heç-heçə edib. Reşford isə Premyer Liqada keçirdiyi 4 oyunda 3 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin