“Yanvarda iş yerimi dəyişə bilərdim” – De Byazi
“Yanvarda iş yerimi dəyişə bilərdim”.
Komanda.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi İtaliya mətbuatına açıqlamasında deyib.
İtaliyalı mütəxəssis bildirib ki, müqaviləsindəki öhdəliklərə hörmət etdiyi üçün yığmada qalmağa üstünlük verib: “Bu, mənim əsas prinsipimdir və sonadək də belə qalacaq”.
67 yaşlı çalışdırıcı Azərbaycanda Albaniya seçməsində qazandığı uğurları təkrarlamaq istədiyini, amma fərqli vəziyyətlə üzləşdiyini söyləyib: “Mən nəticə üçün yaşayıram. Ona görə də tez-tez uduzanda çox əsəbiləşirəm. Tezliklə Estoniya ilə qarşılaşacağıq. Yaxşı nəticə qazanacağımıza əminəm”.
Xatırladaq ki, De Byazi 2020-ci ilin avqustundan Azərbaycan millisinin sükanı arxasındadır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin