Yanvar ayından sonra ilk dəfə meydana çıxdı, fitə basıldı

PSJ-nin müdafiəçisi Serxio Ramos Liqa 1-də “Loryan”la ev oyununda (5:1) 72-ci dəqiqədə meydana daxil olub.

Komanda.az xəbər verir ki, 36 yaşlı ispaniyalı futbolçu yanvarın 23-dən sonra ilk dəfə meydana çıxıb.

Yeri gəlmişkən, Paris klubunun azarkeşləri Ramosun topa hər toxunuşu zamanı onu fitə basıblar.

Serxio Ramos zədə səbəbindən bu mövsüm PSJ-də cəmi 6 oyun keçirib və 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button