Milli komandanın bombardiri öldü – 35 yaşında
Yamayka milli komandasının sabiq hücumçusu Luton Şelton vəfat edib.
Komanda.az xəbər verir ki, 35 yaşlı futbolçu yan amiotrofik skleroz xəstəliyindən ölüb.
Şelton karyerası ərzində İsveçdə “Helsinqborq”, İngiltərədə “Şeffild Yunayted”, Norveçdə “Volerenqa”, Türkiyədə “Karagümrükspor”, Fransada “Volqa” klublarında çıxış edib. Mərhum hücumçu 2018-ci ildə xəstəliyi səbəbindən karyerasını bitirib.
Yamayka yığmasında 75 oyunda 35 qol vuran hücumçu milli komanda tarixinin bombardiridir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin