Ad günü qadağası: Telefon gətirmək və şəkil çəkmək olmaz!

“Barselona”nın 17 yaşlı vingeri Lamin Yamal sabah yetkinlik yaşına çatacaq.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, gənc futbolçu bu münasibətlə məşhurların qatılacağı qapalı və ciddi təhlükəsizlik tədbirləri ilə müşayiət olunan bir ziyafət təşkil etməyi planlaşdırır.

Tədbirin dəqiq yeri açıqlanmasa da, iştirakçılar üçün ciddi qaydalar müəyyən edilib. Qonaqların mobil telefon gətirməsi və şəkil çəkməsi qəti qadağandır.

Tədbirdən bir gün sonra Yamalı “Barselona” ilə iki məşq gözləyir.

İspaniya La Liqasında yeni mövsümün startı avqustun ortalarına planlaşdırılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button