
Sevgilisindən Yamalın ikinci olmasına reaksiya
Argentinalı müğənni və “Barselona”nın futbolçusu Lamin Yamalın sevgilisi Nikki Nikol “qızıl top” mükafatının nəticələrinə emosional reaksiya verib.
18 yaşlı Yamal bu il səsvermədə ikinci yeri tutub. O, PSJ-nin futbolçusu Osman Dembeledən geri qalıb.
Komanda.az xəbər verir ki, bununla belə, ispaniyalı futbolçunun sevgilisi onu dəstəkləməkdən çəkinməyib və sosial şəbəkədə birlikdə çəkilmiş fotonu bu sözlərlə paylaşıb:
“Mən səni sevirəm”.
Bu jestlə Nikki dəstəyini nümayiş etdirib və göstərib ki, Yamalın “qızıl top” qazanmaq üçün hələ çox fürsəti olacaq.
Yamal ardıcıl ikinci il ən yaxşı gənc futbolçu mükafatını qazanıb.
“Barselona” La Liqada növbəti oyununu sentyabrın 25-də, “Ovyedo”ya qarşı səfərdə keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



