Komanda yoldaşından Yamala “bəy tərifi”

İspaniya millisinin müdafiəçisi Alexandro Qrimaldo yığmadakı komanda yoldaşı Lamin Yamalın istedadını yüksək qiymətləndirir.

Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, o, bunu deyib:

“Yamalın qeyri-adi istedadı var. Millinin baş məşqçisi gənc futbolçulara böyük inam verir. Onlardan inamla oynamağı xahiş edir. Laminin istedadı böyük rol oynayır, lakin baş məşqçi də onun inkişafına öz töhfəsini verib”.

16 yaşlı vinger son mövsümdə “Barselona”nın heyətində İspaniya çempionatında 5 qol vurub, 5 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button