Flik: “Yamalın qayıtması çox gözəldir”

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik İspaniya La Liqasının 7-ci turunda “Real Sosyedad” üzərində 2:1 hesablı qələbədən sonra məhsuldar ötürmə edən Lamin Yamalın çıxışını yüksək qiymətləndirib.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, almaniyalı məşqçi bunu deyib:

“Yamalın qayıtması çox gözəldir. Hər kəs onun nə qədər yaxşı olduğunu görür. Son matçda bütün komanda əla iş gördü”.

18 yaşlı cinah oyunçusu zədə səbəbindən bir neçə matçı buraxıb.

Yeddi turdan sonra hesabında 19 xal olan kataloniyalılar turnir cədvəlində birinci yerdə qərarlaşaraq, “Real”ı qabaqlayır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button