
Yamalın milliyə dəvət alması “Brügge” ilə matçdan asılıdır
“Barselona”nın hücumçusu Lamin Yamalın İspaniya millisinə dəvət alıb-almayacağı bu gün keçiriləcək oyundan asılı olacaq.
Komanda.az xəbər verir ki, bu barədə “Diario Sport” nəşri məlumat yayıb.
Milli komandanın baş məşqçisi Luis de la Fuente, Yamal bu axşam UEFA Çempionlar Liqasında “Brügge” ilə oyunda meydana çıxarsa, onu yığmanın heyətinə daxil edəcək. O, hesab edir ki, futbolçu “Real”a qarşı və Çempionlar Liqası səviyyəsində oynamağa hazırdırsa, deməli, millidə də çıxış edə bilər.
18 yaşlı vinger cari mövsümdə bütün turnirlərdə 9 matçda iştirak edib, 4 qol vurub və 5 məhsuldar ötürmə verib.
Çempionlar Liqasının dördüncü turunda keçiriləcək “Brügge” – “Barselona” matçı bu gün saat 00:00-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



