
Yamaldan Fatiyə jest
“Barselona”nın vingeri Lamin Yamal baş məşqçi Hans-Diter Flikdən Ansu Fatini meydana buraxmağı xahiş edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 17 yaşlı futbolçu özü baş məşqçidən belə bir dəyişiklik etməyi xahiş edib ki, Fati çoxdan gözlənilən oyun vaxtı əldə etsin.
Yamal ispaniyalı dostunun çətin günlər keçirdiyini başa düşür. O, ötən yay hələ də 10 nömrəli forma geyinən Fatiyə hörmət edərək, “Barselona”da bu nömrəli formadan imtina etmişdi.
22 yaşlı futbolçu yanvardan bu yana oynamamışdı. Amma nəhayət, dünən UEFA Çempionlar Liqasının 1/4 finalında Yamalı əvəzləyərək, Dortmund “Borussiya”sına qarşı (4:0) matçın sonunda meydana çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



