
Yamal Levandovskinin start heyətində oynamasını istəmir
“Barselona”nın vingeri Lamin Yamal Robert Levandovskini komandanın start heyətində görmək istəmir.
Komanda.az “El Nacional”-a istinadən xəbər verir ki, ispaniyalı futbolçu, polşalı forvarddansa, Ferran Torreslə oynamağa üstünlük verir.
Yamalın Levandovski ilə çox yaxşı münasibətdə olmasına baxmayaraq, meydanda Torresə üstünlük verdiyi deyilir. Üstəlik, 17 yaşlı futbolçunun artıq Levandovskini Torreslə əvəzləmək istəyi ilə baş məşqçi Hans-Diter Flikə müraciət etdiyi bildirilir.
Yamal bu mövsüm bütün klub turnirlərində 42 oyun keçirib, 13 qol vurub və 19 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



